Xızıda dəhşətli qətl: 61 yaşlı kişi arvadını yataqda öldürdü — TƏFƏRRÜATbackend

Xızıda dəhşətli qətl: 61 yaşlı kişi arvadını yataqda öldürdü — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunda 1963-cü il təvəllüdlü Əblüfət Əliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevanı qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əbülfət 2022-ci ildə müalicə aldığı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb. O, həmin gün axşam saatlarında arvadı Bahar ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu mübahisənin təsirində əsəbiləşdiyi üçün axşam yatmayıb. O, arvadından qisas almaq məqsədilə evin girişində ev alətləri saxlanılan qutudan mismarçıxaran çəkici götürərək yataq otağına gəlibn. Əbülfət arvadının yataqda üzü divar istiqamətində uzanmış vəziyyətdə olduğunu görüb və baş nahiyəsinin arxa hissəsinə çəkiclə bir neçə dəfə zərbə vuraraq onu qətlə yetirib.

Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfətin sözlərinə görə, təxminən 20-25 il olarki Baharla ailə qurub, iki övladı var, qızı Ülviyyə bir neçə il əvvəl ailə qurub, Maştağa, Zabrat tərəflərdə yaşayır, oğlumun adı Asimandır. Onun  20-yə yaxın yaşı var, subaydır. 30 ilə yaxındır ki, fasilələrlə Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında əsəb xəstəliyi ilə əlaqədar müalicə almışam. Yəni 30-40 gün xəstəxanada müalicə almışam, 2-3 ay evə buraxılaraq qalmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 31 may 2022-ci ildə, axşam saatlarında qardaşı Kəmaləddinlə birgə Maştağa ruhi xəstəxanasından çıxıb və Xızı rayonu Yeni Yaşma kəndindəki evə gəlib: “Həmin gün anam Zəhra, yoldaşım Bahar evdə olub. Başqa heç kim evdə olmayıb. Axşam yeməyini yedikdən sonra hamı yatdı. 31 mayda xəstəxanadan çıxıb gəldikdən sonra yoldaşım Baharla yola getmədim. Bahar Sumqayıtda dəqiq bilmədiyim bir yerdə dərzi işləyib. İşdən axşam kəndə gələndə avtobusun qarşısında onu qarşılamaq istəmişəm. Onun qabağına gedəndə avtobusdan düşəndə “niyə gəlmisən məni qarşılamağa” dedi. Mən isə cavabımda “ürəyim istəyib ki, gəlmişəm də” deyərkən arvadım üzünü turşutmağa başladı. Sonra bir yerdə evə gəldik. Ona mülayim davransam da, o tərs davranıb. Həmin axşam onunla yaxın münasibətə girmək istədim. Özünə yaxın buraxmaq istəmədi. Mənə qarşı belə münasibətdən gecəni yata bilmədim”.

Əbülfət qeyd edib ki, səhər saatlarında hava işıqlandıqda yerindən qalxıb: “Bahar səhər saatlarında işə getmək üçün paltarını geyinərkən ona heç olmasa bir gün işə getməyərək evdə qalmasını dedim. O, ev paltarını dəyişdi, yerinə üzü divara tərəf uzanaraq telefonla oynadığın gördüm. Evin dəhlizində ev alətləri, ləvazimatları olan dəmir qutudan kərki alətini götürərək yataq otağına gəldim. Kərki ilə arvadımı uzanıqlı vəziyyətdə olanda arxasından onun baş nahiyəsinə bir neçə dəfə möhkəm formada zərbələr vurdum. Onu vuranda səsi çıxmadı. Heç kim vurduğumu eşitmədi, bilmədi. Vuranda özümdə olmamışam. Bu hadisədən çox peşman olmuşam. Elə həmin vaxt kərki alətini həyətdə yerləşən taxtadan kvadrat formada tualetə gətirərək içəri tərəfdən atdım. Heç kim atdığımı görmədi. Hadisədən qısa müddət sonra evdən çıxdım və bacım Züleyxagilin kənddəki evinə getmək istədim. Biraz getdikdən sonra yolun yarısından geriyə qayıtdım. Evə girəndə anam dəhlizdə oturmuşdu, yataq otağına girdikdə Baharın baş nahiyəsindən qan axdığını gördüm. Donra anamı çağıraraq “gəl bax, Baharı kimsə vurub” dedim. Anam “yalan demə, sən eləmisən, başqa heç kim yoxdu evdə, Baharı sən vurmusan” deyə bildirdi. Bundan sonra kənddə yaşlı qadın Həqiqət xalagilə getdim. Ona törətdiyim hadisə barəsində heç nə demədim. Onlarda 10-15 dəqiqə oturaraq 1 stəkan çay içdikdən sonra evə tərəfə getdim. Qardaşım Kəmaləddin gəldi və məni maşına mindirdi. Müalicə aldığım Maştağa xəstəxanasına yatızdırdı. Həmin gündən indiyə qədər də orada yatmışam”.

Təqsirləndirilən şəxs bildirib ki, arvadı Baharı vurarkən özündə olmayıb: “Arvadımı vurmama səbəb aonun mənə xoş münasibət göstərməməsi olub. Arvadımı vurarkən zərbə endirdiyim dəmir alət bir tərəfi çəkic, bir tərəfi mismarçıxaran olmaqla kərki adında alət olub. Mən  arvadımı vurarkən yaşadığımız evdə anamdan başqa hər hansı şəxs olmayıb. Arvadımın başına zərbələr endirdiyimi hər hansı şəxs görməyib”.

İş üzrə zərərçəkmiş şəxs Baharın hüquqi varisi qismində dindirilən qohumunun sözlərinə görə, bacısı Bahar 1996-cı ildə Əbülfət ilə ailə qurub: “Əbülfət həmin ildə bacımı ailə qurmaq məqsədilə qaçırıb. Onlar nikah bağlayaraq birlikdə yaşayıblar. 1998-ci ildə onların Ülviyyə adlı qızları, 2000-ci ildə Asiman adlı oğul övladları dünyaya gəlib. Bahar ailə qurmamışdan əvvəl də 1992-ci ildən Sumqayıtda Ceyran şadlıq sarayının altında çörək sexində işləyib. Son 10 il ərzində Sumqayıtda məhkəmənin arxasında yerləşən tikiş fabrikində işləyib. Baharla Əbülfət ailə qurarkən onların münasibətləri normal olub. Hər hansı problemləri olmayıb. Son illərdə onların aralarında olan münasibət barədə məlumatım olmayıb”.

Hüquqi varis qeyd edib ki, axırıncı dəfə mayın 15-20 ərəfəsində onların evlərində olub: “Bahar Sumqayıta qonaq gəlib. Bacımı ilə onun oğlunu evlərinə Yaşma kəndinə apardıqda yoldaşı Əbülfətin Maştağada ruhi xəstəxanada olduğunu bilmişəm. Bahan demək olar hər gün işdən sonra Sumqayıtda bizə gələrək 1 stəkan çay içərkən görmüşəm. Hadisədən əvvəlki gün Bahar işdən çıxdıqdan sonra həmişəki kimi bizə gəldi. Orada olarkən Bahara zəng gəldi. Yoldaşı Əbülfətlə danışdıqdan sonra 18-30 radələrində avtobusla yaşadığı Yeni Yaşma kəndinə getdi”.

Hüquqi varisin ifadəsinə görə, qətl baş verən günü, səhər saat 9 radələrində onlara Baharın xəstələndiyindən Sumqayıt travmatologiya xəstəxanasına gəlmələri bildirilib: “Sumqayıt travmatologiya xəstəxanasına 10 dəqiqəyə çatdım. 12-30 radələrində Baharı başı bintlə bağlanmış formada, əlləri əsən vəziyyətdə təcili yardım maşınıyla həmin xəstəxanaya gətirmələrini gördüm. Reanimasayaya yerləşdirilərək orada əməliyyat olundu. Həkimin dediyinə görə Baharın baş nahiyəsinə küt alətlə xəsarət yetirilib. Ayın 5-nə qədər hər gün xəstəxanada olmuşam. Bahar reanimasiyada olduğum müddətdə özünə gəlməyib. Ayın 5-də saat 13 radələrində xəstəxanadan Bahar artıq vəfat etməsi barədə məlumat gəldi. Həmin günü meyitini Şamaxıya apardıq, səhəri gün ayın 6-da Həmyə kənd qəbristanlığında dəfn etdik”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Əbülfət Əliyev Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib. O, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə edilib.

Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilib. Onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.