Xızı İcra Hakimiyyəti vergi borcu olan şirkətə yol çəkdirir

Xızı İcra Hakimiyyəti vergi borcu olan şirkətə yol çəkdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayon İcra Hakimiyyəti növbəti tenderini elan edib.

Tribunainfo.az xəbər verir ki, Xızı şəhəri üzrə İnzibati Nümayəndəlik yolların əsaslı təmirini həyata keçirəcək.

Bildirilir ki, tenderi “AZSUR GROUP” MMC udub. Bunun müqabilində şirkətə 409 min 460 manat ödəniləcək.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC-nin qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur. Əlavə edək ki, tenderin qalibi olan “Azsur Group” MMC-nin hazırda dövlət büdcəsinə 2 min 266 manat 87 qəpik vergi borcu var.

Fərda Uğur