Xırdalanlılar oliqarx deputatın beton zavodundan şikayətçidir – VİDEObackend

Xırdalanlılar oliqarx deputatın beton zavodundan şikayətçidir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən “CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.
TİA.AZ-ın məlumatına görə, Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir. Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.