Xırdalanda zəbt edilməyən səki qalmadı – Fotobackend

Xırdalanda zəbt edilməyən səki qalmadı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərində piyadaların hərəkəti üçün səki qalmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Xırdalan sakinləri məlumat verib. Onların sözlərinə görə, Xırdalanın hər yerində bütün səkilərdə ya obyekt inşa edilib, ya da avtomobil parklanması üçün ayrılıb. Piyadalar isə min bir zülmlə yol gedib gəlirlər. Sakinlərin sözlərinə görə, bu işdə məsuliyyət daşıyan Abşeron Rayon İcra Hakimiyyəti şikayətləri eşitmir. Edilən heç bir müraciətə də baxılmır.

Sakinlər bildirib ki, Xırdalan bazarının qarşısında vəziyyət lap betərdir. Piyadalar pilləkənlərin üstü ilə hərəkət edir. Tezliklə bir tədbir görülməsini tələb edən sakinlər bildirib ki, belə davam edərsə icra hakimiyyəti avtomobil yollarını da satışa çıxaracaq.

Heç təsadüfi deyil ki, Abşeron İH məhz mütəmadi olaraq torpaq zəbti, torpaq mübahisəsi səbəbindən məhkəməyə verilir. Qarşıdakı 30 gün ərzində icra hakimiyyətinin məhkəmələrdə 54 çəkişməsi var ki, onlardan da əksəriyyəti torpaq münasibətləri üzrə mübahisədir.

Həmçinin qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Abşeron ərazisində dəfələrlə icra hakimiyyəti tərəfindən satılmış torpaqlarda qanunsuz tikililərin söküntüsünü aparıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman