Bir neçə gün qabaq Xırdalanda azyaşlı uşağa qarşı təcavüz etməkdə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilən İbrahim Buğumovla bağlı yeni məlumatlar ortaya çıxıb. Bir neçə gün qabaq Xırdalanda azyaşlı uşağa qarşı təcavüz etməkdə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilən İbrahim Buğumovla bağlı yeni məlumatlar ortaya çıxıb.
Bu barədə onun vəkili Namiq Hacıyev məlumat verib.
Namiq Hacıyev bildirib ki, onun müdafiə etdiyi şəxsin psixoloji problemləri var: “Onda Şizoferiniya paranold forma, fasiləsiz gedişli, dərin paranold xəstələyi var. O dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunub. Sonunca dəfə bu ilin mayın 24-də xəstəxanadan çıxıb. Yəni bu adam xəstədir, ruhi xəstədir”.
Vəkil həmçinin qeyd edib ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə müvəkkili barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu sosial şəbəkələrdə yayılıb. Həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.
Sakinlər tərəfindən döyülən şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən şöbəyə aparılıb.
Daha sonra məlum olub ki, 6 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buğumov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb.
Seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə 3 nəfər Xırdalan sakini müraciət edib. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.
Onu da qeyd edək ki, İbrahim Buğumov əvvəllər də eyni əmələ görə məhkum olunub. O, 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Leyla (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.
İbrahim Buğumov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilib və onun cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.
İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Apelyasiya məhkəməsində qanuni cəza müddəti təyin edilməmiş İbrahim Buğumov eyni əməli təkrar törədib.
lent.az