Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək

Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Abşeron rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti abadlıq işləri üçün “Proqress İnşaat EN” MMC-yə 1 milyon 803 min 6 manat 2 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan yerlərdən biri Heydər Əliyev adına parkdır və bu parkda 1014 kv. metr əraziyə qazon əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə ay əvvəl İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev adına parkda abadlıq işləri həyata keçirilib. Bu ilin iyun ayında rəsmi dövlət qəzetində (“Azərbaycan”) yer alan xəbərdə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında növbəti abadlıq tədbirlərinin həyata keçirildiyi və parkın ərazisində 2 000 kvadratmetrə yaxın sahədə qazon əkildiyi barədə məlumat dərc olunub.