Xırdalan yollarındakı təhlükə – Fotobackend

Xırdalan yollarındakı təhlükə – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərinin yollarında təhlükəli vəziyyət hökm sürür. İntensiv hərəkət olan əksər yollarda piyada zolaqları silinib.Tribunainfo.az xəbər verir ki, sakiblərin sözlərinə görə, şəhərin mərkəzi yollarında da vəziyyət belədir. Həm əhəmiyyətli yollarda, həm intensiv hərəkət olan yollarda piyada zolaqları silinib. Sakinlər deyir ki, ən pisi isə odur ki, məktəblərin qarşısındakı yollardakı piyada zolaqları da yenilənmir.

Sakinlərin sözlərinə görə, Xırdalan yollarında işıqlandırma sistemi normal olmadığı üçün piyadalar daha da əziyyət çəkir. Piyada vurulmalarının son vaxtlar artmasına məhz bu problemlər səbəb göstərilir.

Problemlərin həlli üçün sakinlər aidiyyəti qurumlara müraciət edib, onlara bilddirilib ki, vəsait ayrılan kimi problemlər aradan qaldırılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman