“Xırdalan” pivəsinin istehsalçısı yenə cərimələnir – Əmək Müfəttişliyi protokol tərtib edib

“Xırdalan” pivəsinin istehsalçısı yenə cərimələnir – Əmək Müfəttişliyi protokol tərtib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xırdalan” pivəsinin istehsalçısı “Carlsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın sədrliyi ilə yanvarın 17-də baxılacaq.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: 2000-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 25 000 000 dollar olan MMC-nin qanuni təmsilçisi Alius Antulisdir.