“Xırdalan” və bir çox məşhur pivə istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti cərimələnə bilər.
Tribunainfo.az xəbər verir ki, pivə istehsalı ilə məşğul olan şirkətdə aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 198.3 maddəsinin pozulduğu məlum olub. Tələbi pozulan 198.3-cü maddəyə görə, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Carlsberg Azerbaijan” şirkəti ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 21 oktryabr tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir.
“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsevdir. Biznesin inkişafı şöbəsinin müdiri isə Yaqub Əlizadədir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar