XİN: Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb

XİN: Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

“Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur”, – məlumatda vurğulanıb.