XİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”

XİN sözçüsü: “Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib.

Tribunainfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə apa-ya bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.