backend

XİN-dən Sasunyanın azadlığa buraxılmasına etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci il yanvarın 28-də ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA üzvü, erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması barədə qərarı kəskin şəkildə pisləyib. 

Nazirliyin bu barədə yaydığı açıqlamada qeyd olunur ki, erməni terrorçu H.Sasunyanın azadlığa buraxılması qanunun aliliyinə və ədalətin qorunmasına zidd olmaqla bərabər, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın ruhuna mənfi təsir göstərən amildir. Açıqlamada bildirilir ki, terrorçu H.Sasunyan türkiyəli baş konsul Kamal Arıkanı məhz türk olduğu üçün amansızcasına qətlə yetirib.

Kamal Arıkanın qətlə yetirilməsi erməni terrorçular tərəfindən bütün türk diplomatlarını hədəfə alan erməni terrorçuluğunun tərkib hissəsi olub. Terrorçu Sasunyanın azadlığa buraxılması türkiyəli şəhid diplomatların ailələri başda olmaqla terrordan zərər çəkən bütün insanların qəlbini yaralayacaq.