Zaman-zaman dövlət tərəfindən verilən xidməti evlərin satışının həyata keçirildiyinin şahidi oluruq. Bəs bu evlərin satışı hansı hallarda həyata keçirilə bilər?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, əgər həmin xidməti ev vətəndaşın mülkiyyətinə verilirsə və bununla həmin idarə arasında hər hansı bir məhdudlaşdırıcı müqavilə yoxdursa bu zaman xidməti evin satışında heç bir problem yoxdur.
Ekspertin sözlərinə görə, vətəndaş istədiyi kimi öz mülkiyyəti ilə Azərbaycan konstitusiyası və digər hüquqi normativlərə görə hərəkət edə bilər.
Bəzi xidməti evlərə vaxtilə müddətli məhdudiyyət qoyurdular. 5-10 il ərzində ola bilər ki, saziş və müqavilə bağlanılırdı ki, xidməti evi satmaq mümkün olmurdu. Amma müəyyən müddət keçəndən sonra buna yol verilirdi.
Dəniz