Xilas edildiyi deyilən “Hatayspor”un futbolçusu hələ də dağıntılar altındadırbackend

Xilas edildiyi deyilən “Hatayspor”un futbolçusu hələ də dağıntılar altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsunun xilas edildiyi barədə yayılan məlumatlar yanlışdır.
Bu barədə “Hatayspor” baş məşqçisi Volkan Demirel bildirib.
O, qanalı futbolçu Kristian Atsu və idman direktoru Taner Savutdan hələ xəbər almadıqlarını açıqlayıb.
“Lütfən, əmin olmadan o sağ qaldı, bu xilas edildi deyə yazmayın. İnsanların ailələri var, ümidlər, kədərlər, ağrılar artır. Kristian və Tanerdən hələ xəbər yoxdur. Onlar xəstəxanada olsaydılar, məgər mən bunu paylaşmazdım?”, – deyə məşqçi bildirib.