Xəzərin suyu rəngini dəyişib – VİDEO

Xəzərin suyu rəngini dəyişib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər Qazaxıstanın Aktau şəhərinin sakinləri Xəzər dənizinin suyunun qırmızı rəngə çaldığını müşahidə edirlər.
TİA.AZ Trend-ə istinadən bildirir ki, Manqışlaq vilayətinin Ekologiya departamentinin rəhbəri Ruslan Tukenov bildirib ki, bu, Xəzərdə qırmızı yosunların bir yerə cəm olması ilə əlaqədardır.
O qeyd edib ki, departamentin mütəxəssisləri sudan və yosunlardan nümunələr götürüblər: “Hazırda analizlər aparılır. İlkin məlumata əsasən, dəniz suyu qırmızı yosunlara görə rəngini dəyişib”.
R.Tukenov hər hansı təhlükənin olmadığını da vurğulayıb: “Bu, təbii prosesdir. Fırtına səbəbindən çoxlu sayda yosun sahilə yaxınlaşır və suyun rənginin dəyişdiyini görürük”.
Qeyd edək ki, qırmızı yosunların ümumilikdə 3800 növü var, onlardan 25-i Xəzərdədir.