Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir – AMEA

Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir – AMEA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: “Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır”.