Xəzərə girişi bağlayan hasar söküldü – Fotolarbackend

Xəzərə girişi bağlayan hasar söküldü – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

“FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək, vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib”, – rəsmi məumatda bildirilib.