Xəzərdən Odessaya raket hücumu – Ölənlər var (VİDEO)backend

Xəzərdən Odessaya raket hücumu – Ölənlər var (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Raketlərdən biri yaşayış binasına düşüb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü deyilir.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Odessada hava hücumundan müdafiə qüvvələri Rusiya ordusunun atdığı bir neçə raketi havada məhv edib. Lakin raketlərdən biri yaşayış sahəsinə düşərək partlayıb.

 

Prezident Ofisinin rəhbəri Andrey Yermak açıqlamasında vurğulayıb ki, Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Onun sözlərinə görə, ölənlər arasında üç aylıq körpə də var.

 

Qeyd olunub ki, raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb.