Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub. Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub.
TİA.AZ xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Q. Hacıyev “KCA-Deutag” şirkətinin əməkdaşı olub.
Həmin şəxs Britaniyanın “KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.
Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.