Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı

Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar NazirliyiXəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.
TİA.AZ  nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

 16:00

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.
APA-nın məlumatına görə, rezin qayıq “Neft Daşları” yaxınlığında müşahidə olunub.
Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.