“Xəzər Tibb Mərkəzi” ilə bağlı məhkəmədə qaldırılmış iş üzrə proses davam edir.
Tribunainfo.az xəbər verir ki, tibb mərkəzi ilə bağlı iddianı Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi qaldırıb. Prosesdə maraqlı tərəf kimi Pənahlı Rəhman Bəhman oğlu da iştirak edir.
İşin mahiyyəti ilə bağlı məlumat verilmir.
“Xəzər Tibb Mərkəzi” ilə bağlı işə 19 sentyabr tarixində Xəzər Rayon Məhkəməsində baxılacaq. İş hakim Zaur Tağıyevin icraatındadır.
Nigar