Xəzər dənizində zəlzələ olub.
Bu barədə TİA.AZ-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumata əsasən, yerli vaxtla saat 17:46:39-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 4.4, dərinliyi 60 km olub.