Xəzər rayonunda qanunsuz tikililər söküldü – Video

Xəzər rayonunda qanunsuz tikililər söküldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində iki, Ş.İ.Xətai küçəsində isə bir qeyri-yaşayış obyektində aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar inşa olunan qanunsuz tikililər sökülüb və obyektlər nəzarətə götürülüb.