İcra hakimiyyətləri ilə bağı məhkəmələrə müraciətlər artmaqda davam edir. Torpaq mübahisəsinə görə daha bir icra hakimiyyəti məhkəməyə verilib. Bu dəfə Xəzər Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, icra hakimiyəti ilə bağlı məhkəmədə iddianı Quliyev Alim Hüseynqulu oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisədir. İddiaçı icra hakimiyyətini torpaq mübahisəsi səbəbindən məhkəməyə verib.
Bakı Apellyasiya Məhkəməsində olan işə 11 iyul yatixində hakim Cahangir Yusifovun sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.