“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, İdarə ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinə müraciəti “Xəzər-Lada” ASC-nin filialı “Yeni-Gəncə” Texniki Xidmət Stansiyası edib.
Mahiyyəti qeyri-yaşayış sahəsi üzrə mübahisələr olan iş hakim Rəşad Mamedovun sədrliyi ilə araşdırılacaq.