Xəzər İH üç qəribə tender açıqladıbackend

Xəzər İH üç qəribə tender açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) dünən keçirdiyi üç tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı üç şirkətlə satınalma müqaviləsi də bağlayıb.
Həmin tenderin birinə əsasən rayondakı parklarda quraşdırılacaq zibil qutularının və müxtəlif yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulması nəzərədə tutulub. MKTB 246.431,2 manatlıq staınalma müqaviləsini isə qəribə adı olan bir şirkətlə bağlayıb. Həmin şirkətin adı “ETNIK GƏLƏCƏK-2021” MMC-dir.
Qeyd edək ki, Xəzər İcra Hakimiyyəti bu şirkətlə ilk dəfə deyil ki, müqavilə bağlayıb. Hələ 2022-ci ildə də 294 min manatlıq satınalma müqaviləsinə əsasən parklarda işlər görülmüşdü.
Onu da bildirək ki, sözügedən MMC son zamanlar iri tenderlərin qalibi olmağa başlayıb. Onun təkcə Xəzər rayonu ilə deyil, həmçinin digər rayon İcra Hakimiyyətləri ilə də bu tipli əlaqələrinin olması mediada geniş müzakirə mövzusudur.
MKTB-nin ikinci tenderi isə təsərrüfat işçiləri üçün nəzərdə tutulan müxtəlif növ təmir mallarının satın alınmasını əhatə edir. “BİLGƏ QRUP” QSC ilə bağlanmış müqaviləyə əsasən 87.176,28 manatlıq iş görülməlidir.
Üçüncü tender isə məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınmasından ibarətdir. Bu dəfə Xəzər İcra Hakimiyyəti dəftərxana, ofis ləvazimatı və geyim satan, adı son zamanlar bir neçə qalmaqala qarışan “KONEKS CONSTRUCTİON” MMMC ilə anlaşıb. Bu satınalmanın qiyməti isə 595.590,48 manat təşkil edir.