Xəzər dənizində suyun səviyyəsi 1 metrdən çox artıb (VİDEO)backend

Xəzər dənizində suyun səviyyəsi 1 metrdən çox artıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəzər dənizində suyun səviyyəsi uzun müddətdən sonra 1 metrdən çox artıb.
Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvələ qədər Xəzərdə suyun səviyyəsi azalan tendensiya ilə davam edirdi. Lakin hazırda dənizin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm artıb.
Məlumat Qazaxıstanın Su Resursları və Suvarma Nazirliyinin açıqlamasında yer alıb.
Ekoloq Rövşən Abbasov bildirib ki, bu ilin daha çox yağıntılı keçməsi Xəzərin suyuna müsbət təsir edib. Buna səbəb isə Xəzəri qidalandıran əsas çayların səviyyəsinin yağıntılar səbəbəbindən artması olub. Ekoloqun sözlərinə görə, çaylarda sululuq belə davam edərsə Xəzərdə suyun səviyyəsinin azalması dayancaq.
Rövşən Abbasov hesab edir ki, Xəzərin ərazisi böyük olduğundan şimalda müşahidə olunan artım yaxın vaxtlarda Azərbaycan sahillərində də özünü göstərəcək. Hətta bir müddət sonra Xəzərdə suyun səviyyəsi ilə bağlı daha müsbət nəticələr gözlənilir.
Rövşən Abbasovun sözlərinə görə, dənizdə  suyun səviyyəsinin azalması 1995-ci ildən davam edir.
Ekspertlər hesab edir ki, bu ildən bu tendensiya dəyişə bilər.