Xəzər dənizində bu yay çimmək olmayacaq – Fotobackend

Xəzər dənizində bu yay çimmək olmayacaq – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin çirkləndirilməsi davam edir. İllərdir sahilləri kortəbii şəkildə zəbt edilən Xəzərə çirkab sularının axıdılması durmadan artır.

Tribunainfo.az xəbər verir ki, Zığ gölündən Hövsana gedən yolda Xəzər dənizinə çirkab suları axıdılır. Axıdılan çirkab suları o qədər intensivləşib ki, Xəzərin sahilində tullantı və çirkab adacıqları əmələ gəlib. Bunun qoxusu isə bütün Hövsan, Günəşli, Suraxanı və Zığı bürüyərək hər gün onminlərlə insanı narahat edir. Sakinlər bunu Xəzərə qarşı törədilən böyük qətl hadisəsi hesab edilər.
Sakinlər yazır ki, məhz bu səbəbdəndir ki, bəzi çimərliklər çirkab suları ilə qarışıb və orada çimmək məsləhət deyil. Bu gedişlə Bakı sakinlərinə çimərliyə getmək üçün yer qalmayacaq. Çünki Xəzərin bəzi sahilləri zəbt edilib, bəzi sahilləri isə tullantı suları ilə çirkləndiyindən yararsız vəziyyətə düşüb.
Yeri gəlmişkən, 2 gün öncə Səhiyyə Nazirliyi Bakının 4 çimərliyində dəniz suyunun tullantı suları ilə çirklənməkdə davam etdiyini bildirib və həmin çimərliklərdən istifadə etməməyi məsləhət görüb. Onlardan biri də Hövsan çimərliyidir.

Nigar