Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi növbəti dəfə məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Elxan Mahmudov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı məhkəmədə iddia qaldırıb.
14 oktyabr tarixinə təyin edilən proses bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçiriləcək.
İşin mahiyyəti tərəflər arasında yaranmış mənzil mübahisəsi, mənzil münasibətləri üzrə yaranmış mübahisələrdir.