Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi barəsində inzibati xəta haqqında icraat başladılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Xəzər Dəniz Gəmiçiliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Belə ki, maddə 485.2 – Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə 11 oktyabr tarixində Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.