Xəzər Dəniz Gəmiçiliyi QSC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, QSC-nin İnzibati Xətalat Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 266.2-ci maddəsini pozduğu məlum olub. Belə ki, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 11 oktyabr tarixində hakim Zaur Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar