Bu ilin yanvar-sentyabr aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 279,3 milyon manat təşkil edib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon manat və ya 39,5% azdır.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 77,5 milyon manat (30,5%), dövlət istiqrazları üzrə dövriyyəsi 129,8 milyon manat (6,8 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 22,2 milyon manat (6 dəfə) , səhm əməliyyatları üzrə dövriyyə 6,1 manat (2,7 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 47,4 milyon manat və ya 2,8 dəfə artıb. Əməliyyat sayında isə 81 ədəd və ya 2 dəfə azalma qeydə alınıb.
Tribunainfo.az bildirir ki, şirkətin Müşahidə Şurasının sədri Bağırlı Xəzər Arif oğludur. Müşahidə Şurasının üzvləri isə Natella Şahverdiyeva və Nəbi Nəbiyevdir. İcraçı direktor isə Fərəc Axundovdur.
Yusif Tağısoy