Xəyanətin beləsi – Qadın süni mayalanma ilə sevgilisindən uşaq dünyaya gətirdi

Xəyanətin beləsi – Qadın süni mayalanma ilə sevgilisindən uşaq dünyaya gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın xəstəxanada ərinin sperma nümunələri ilə sevgilisinin sperma nümunələrini dəyişərək, sevgilisindən uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyən ailə xəstəxanada olay çıxarıb. Hadisə Rusiyada baş verib. 38 yaşlı Yana Anokhina 40 yaşlı həyat yoldaşı Maksim Anokhinadan xəbərsiz xəstəxanada ərinin sperma nümunəsini sevgilisininki ilə dəyişdirib. Ailənin bir oğlan övladı dünyaya gəlib.

Bir il sonra isə mübahisə zəminində qadın “uşaq səndən deyil” deyərək, hər şeyi etiraf edib.

Faktı dəqiqləşdirmək üçün DNT testi edən ata həqiqətən uşağın ondan olmadığını öyrənib və xəstəxananı məhkəməyə verib. Kişi xəstəxanadan maddi təzminat tələb edib.