Xətaidə Milli Mətbuat Günü qeyd olundu – Fotolar

Xətaidə Milli Mətbuat Günü qeyd olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai Rayon İcra Hakimiyyətində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə və mətbuat nümayəndələri iştirak ediblər.

Çıxış edən Rafiq Quluyev qeyd edib ki, 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub.

Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Rayon icra hakimiyyəti tərəfindən KİV ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən R.Quluyev Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətralı işıqlandırdıqlarını qeyd edib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Millət vəkili Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.