Xətaidə hərbi-vətənpərvərlik mövzusunda konsert keçirildi – FOTO,VİDEObackend

Xətaidə hərbi-vətənpərvərlik mövzusunda konsert keçirildi – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin konsert proqramı təşkil olunub.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəisi general-mayor Fizuli Salahov, C.Naxçıvamski adına Hərbi liseyin rəisi polkovnik Rəşad İbrahimov,  Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov,  Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, Bakı şəhər Hərbi prokuroru Fərid Şükürov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Milli Müdafiə Universitetinin kursantları, ziyalılar və sakinlər iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən söhbət açan icra başçısı bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir.

Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri –Günay Qasımova, Elçin Məmmədov, Leyla Əliyeva, Xəyal Hətəmov, Oqtay Kazımi, VIII ” Muğam”  Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizli, gənc ifaçı Ədilə Əliyeva, sevilən ifaçı Nurlan Ordubadlı tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim etdilər. “Səma” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür etdi, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı dilədi. Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim edib.

Şəhid atası, Xalq artisti Əli Nur Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.