Xətai rayonunda 05.08.2025-ci il tarixdə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar” kukla tamaşası nümayiş olunub.
Tribunainfo.az xəbər verir ki, tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər. Maraqlı və əyləncəli səhnələr, rəngarəng dekorasiyalar və peşəkar kuklaçılar tamaşaçılara unudulmaz anlar yaşatdı.
Tamaşa müxtəlif yaş kateqoriyalarına aid uşaqların, eləcə də valideynlərin böyük marağına səbəb olmuşdur. Əsər klassik nağıl motivləri əsasında səhnələşdirilmiş, müasir teatr elementləri və vizual həllərlə zənginləşdirilərək təqdim edilmişdir.
Səhnə əsərində Qırmızıpapaq obrazı ilə uşaqlara ehtiyatlılıq, ailə dəyərlərinə sadiqlik və xeyirxahlıq kimi mövzular aşılanmış, canavar obrazı isə təhlükə və diqqətsizliyin mümkün nəticələrini simvolizə etmişdir. Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunmuş, auditoriya tərəfindən rəğbətlə qarşılanmışdır.
Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir.