ABŞ-ın Merilend Universiteti Tibb Məktəbində geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirən 58 yaşlı xəstə Lourens Faukett 40 gün sonra dünyasını dəyişib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, 2021-ci ilin sentyabrında Nyu-Yorkda tədqiqatçılar donuzların heyvandan insana nəqli üçün perspektivli ola biləcəyinə dair təcrübə apardılar.
Onlar müvəqqəti olaraq ölmüş insan bədəninə donuz böyrəyini yerləşdirdilər və onun işləməyə başladığını müşahidə etdilər.
ABŞ-ın Merilend ştatındakı Merilend Universiteti Tibb Məktəbində donuzdan insana ilk ürək nəqli edilən xəstə təxminən 2 ay sonra dünyasını dəyişib. Eyni xəstəxanada geni dəyişdirilmiş donuz ürəyi nəqli edilən ikinci xəstə, 58 yaşlı Lawrence Faucette 40 gün sonra ölüb.