XƏSTƏLİKLƏRDƏN QORUYAN 40 SANİYƏ…backend

XƏSTƏLİKLƏRDƏN QORUYAN 40 SANİYƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl təmizliyi, infeksiyaların önlənməsi immunitetin möhkəmləndirilməsində ən effektiv yoldur. Sadəcə düzgün əl yuma vərdişi ilə xəstəliklərdən qorunmaq mümkündür.

Tribunainfo.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, əl təmizliyi xəstəliklərin 50 faizə qədər azalda bilir. Əllərin gün ərzində 40 saniyədən az olmayaraq düzgün təmizlənməsi qrip xəstəliyi, qarın, boğaz problemi, göz infeksiyaları kimi ağırlaşması mümkün olan xəstəliklərdən qoruyur. Mütəxəssislər bildirib ki, hətta pulla təmasdan sonra da ən az 40 saniyə əlləri yumaq lazımdır. Əllərin 40 saniye sabunla yuyulması infeksiya və xəstəliklərdən qoruyur.