Çankırıda təcili yardım xidmətində çalışan həkim xəstənin yaxınları tərəfindən yumruqla hücuma məruz qalıb. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, yaxınını müalicə etmək üçün Çankırı Dövlət Xəstəxanasına gedən iki nəfər təcili tibbi yardım mütəxəssisi ilə mübahisə edib.
Daha sonra xəstənin yaxınları həkimin başına yumruqla zərbələr endiriblər.
Həkimin “ağ kod” bildirişindən sonra hücum edənlər mühafizəçilər tərəfindən uzaqlaşdırılaraq nəzarətə götürülüb.
İl Sağlamlıq Müdiri Hüseyn Sarıkaya qınama mesajı yayımladı.
Sarıkaya tibb işçilərinə qarşı zorakılıq və təhqiredici münasibət qarşısında səssiz qalmayacaqlarını və qanuni prosesi izləyəcəklərini bildirib.