Xəstə heyvanların əti BAZARDA… “Dönərxana, kafe və restoranlarda ət yeməyin” – Ekspert

Xəstə heyvanların əti BAZARDA… “Dönərxana, kafe və restoranlarda ət yeməyin” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhali ət alarkən diqqətli olsa yaxşı olar. Əgər mal əti boş və çox yumuşaqdırsa, ətin üzərində su qabarcıqları varsa, bu dabaq xəstəliyinə tutulmuş heyvanın əti ola bilər. Bu sadaladıqlarım xəstə heyvan ətində qeydə alınan haldır.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. Xəstə heyvanların ətinin satışa çıxarılması ehtimalından danışan ekspert bildirib ki, əhali ət alarkən etibar etdiyi yerdən alsın və ətin formasına xüusi diqqət yetirsin:

“Bundan əvvəl də dəfələrlə bazara ölü heyvanın ətini yeni kəsilmiş heyvan əti adı ilə çıxarıblar. Atın, eşşəyin ətini də mal əti kimi satmaq istəyənlər olub, saxlanılıblar. Həmçinin xəstəlikdən ölən heyvanın ətini də satış üçün rayondan Bakıya gətirilərkən aşkarlandığının şahidi olmuşuq. Yəni bu ilk belə hal deyil. Əgər bu cür nümunələr varsa, deməli bölgələrdə dabaq xəstəliyinə yoluxmuş heyvanları da kəsib satış məqsədilə Bakıya göndərə bilərlər. Bu baxımdan əhali diqqətli olmalıdır.
Təəssüf ki, heyvan sahibləri görəndə ki heyvanlar halsızlaşıb, arıqlamağa başlayıb, ziyana düşməmək üçün bəzən bu heyvanları kəsir, ətləri müəyyən yollarla satışa çıxarırlar. Dabaq xəstəliyinə tutulmuş heyvanların əti də bu yollarla satışa çıxarıla bilər. Əhali xəstə heyvanın ətini tanımalıdır. Ət boş, çox yumuşaqdırsa, üzərində su qabarcıqları olursa – bu xəstə heyvanın əti ola bilər”.

E.Hüseynov bildirib ki, çox təhlükəli vəziyyət yarandığı üçün mümkün qədər ətdən az istifadə edilsə yaxşı olar:

“Əti tanımadığınız, etiba etmədiyiniz yerlərdən almayın. Tək ət deyil. Ət və süd məhsulları alarkən də diqqətli olun. Kafe, restoranlar da çalışın ət yeməkləri yeməyin. Dönərdən bu aralar imtina edilsə yaxşıdır. Bilirsiniz ki, bölgələrdən gətirilən ölmüş heyvan ətini, at ətini adətən dönərxanalara satırlar. Heç şübhəsiz ki, dabaq xəstəliyinə yoluxmuş heyvanların da ətini müxtəlif yollarla dönərxanalara sata bilərlər.
Evdə ətdən çox istifadə edənlər əti çox qaynatmalı, qızarmalardan çox qaynadılmış ət yeməklərinə üstünlük verilməlidir”.

Gülşən Rəsul