Rusiya ordusunun Ukraynanın Xerson vilayətindəki Dnepr çayı istiqamətindəki qoşunlarının bir hissəsi “ölüm zonası”nda ilişib, qalıblar.
Tribunainfo.az xəbər verir ki, onlar qaçmaq üçün yollar axtarırlar.
Belə ki, Dnepr çayının deltasındakı bataqlıqlara çəkilən ruslar, özlərinə qamışdan qayıqlar düzəldərək, ac və susuz şəkildə aradan çıxmağa cəhd edirlər. Lakin Ukrayna dronları onları diqqətlə izləyərək, bir-bir sıradan çıxarır.
Dəniz Piyadaları Korpusunun polkovniki Oleksandr Zavtonov “The Telegraph”a açıqlama verib ki, yüzlərlə rus hərbçisi həmin bataqlıqda ilişib, qalıb. “Bu ərazi “ölüm zonası”dır. Oradan çıxmaq mümkün deyil. Bir tərəfdən onları bizim dronlar izləyir və məhv edir. Digər tərəfdən isə bataqlıqlarda boğularaq, ölürlər”.
Fərda Uğur