Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Azərbaycan və Ermənistanın sülh danışıqları çərçivəsində hansı fundamental məsələlərlə bağlı hələlik razılığa gəlmədiyini təqdim edib.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vaan Kostanyan Milli Assambleyada jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
“Söhbət xəritələrdən gedir, onun əsasında sonrakı delimitasiya prosesi, Qarabağ xalqının təhlükəsizliyinin təminatçıları institutu məsələsi, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmi məsələsidir. Təəssüf ki, hazırda heç bir razılıq yoxdur, tərəflərin fikirləri bir-birindən kifayət qədər uzaqdır”, – Kostanyan bildirib.
Nazir müavini əlavə edib ki, bununla belə, işlər davam edir.