Məşhur aktrisa Şannen Doherti bir müddətdir döş xərçəngi ilə mübarizə aparır. Xərçəngi bütün bədəninə yayılan aktrisa əşyalarını satmaq qərarına gəlib.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, 2023-cü ildə beyin şişindən əməliyyat olunan amerikalı aktrisa Şannen Doherti, anası vəfat edəcəyi təqdirdə anbarlarını və evlərini boşaltmağa qərar verdi. Öz ölümünün anası üçün nə qədər çətin olacağını ifadə edən Şannen Doherti, “Başqa işlərin anam üçün çox asan olmasını istəyirəm. Onun çox şeylə məşğul olmasını istəmirəm” – deyib.
52 yaşlı Shannen Doherty, başına bir şey gələ biləcəyi təqdirdə ehtiyat tədbiri olaraq, zamanla topladığı əntiq əşyaları və digər əşyaları bağışlamaq və ya satmaq niyyəti ilə əşyalarını çeşidləməyə başladığını paylaşdı.