Alimlər xərçəng kimi ciddi xəstəliklərin inkişafını dayandıra biləcək təbii birləşmə kəşf ediblər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bitki mənşəli bu maddə laboratoriya testlərində mühüm bir fermenti təsirsiz hala gətirib.
Hazırda onun müalicəvi təsirləri araşdırılır.
Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən aparılan bu araşdırma Portlend Universitetində tələbələrin uzun illər əməyi sayəsində mümkün olub.
Araşdırmalarda bitkilərdə tapılan sulfuretin adlı flavonoid birləşmənin xərçəng və MS ilə əlaqəli əhəmiyyətli bir fermenti təsirsiz hala gətirdiyi müəyyən edilmişdir.
İndi bu maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün yan təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.
Araşdırmanı aparan professorlardan biri olan Larri Şerman kəşf edilən bu birləşmənin bir çox müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini düşünür.
Dəniz