Xərçəngi tamamilə sağaldan peyvənd istehsal olunub

Xərçəngi tamamilə sağaldan peyvənd istehsal olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübələrdə xərçəngin böyüməsini və yayılmasını tamamilə dayandıra bilən “nanohissəciklərə əsaslanan super peyvənd” hazırlayıblar.

Tribunainfo.az xəbər verir ki, Massaçusets Amherst Universitetinin araşdırmasına görə, peyvənd melanoma, mədəaltı vəzi və döş xərçəngi növlərində yüksək nəticə göstərib.

Sınaqlarda müalicə olunan siçanların 88 faizi tam sağ qalıb və xəstəliyin digər orqanlara yayılması müşahidə edilməyib.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə insanlar üzərində də xərçəngin qarşısını almaqda inqilabi addım ola bilər.