Tibb sahəsinin hər bir sənayesi böyük pullar hesabına tikilib.
Tibb sahəsinin hər bir sənayesi böyük pullar hesabına tikilib. Hər il bütün dünya alimlərinin iştirak etdiyi elmi konfrans və simpoziumlar keçirilir. Dövlətlər səhiyyəsinin inkişafı üçün milyonlarla dollar məbləğində vəsait ayırır. Ağır xərçəng xəstəliklərinin müalicəsi üçün yüzlərlə xeyriyyə təşkilatları da mövcuddur.
Hər il yüzlərlə sınaqlardan keçən yeni tibb preparatlar satışa buraxılır. Bütün bunların arxasında bir həqiqət dayanır. Əgər xəstəliklərin dəqiq müalicəsi tapılsa, nəticədə tibb sahəsində çalışan insanların çoxu işini itirəcək. Həkimlərin təklif etdiyi dərman vasitələrinin çoxu səhhətin müvəqqəti yaxşılaşdırılması üçün nəzərdə tutulub. Ağır xəstəliklərlə qarşı mübarizədə təsirli və etibarlı təbii vasitə isə yoxdur. Ola bilsin ki, onlar nə vaxtsa yaranacaq, amma hazırda onlar mövcud deyil.
Çoxları elə düşünür ki, təbii vasitələr ciddi xəstəliklərin müalicəsi üçün çox zəifdir. Bitki çayları ilə soyuqdəyməni yaxşılaşdırmaq olar, onkoloji xəstəlikləri sağaltmaq qeyri-mümkündür. Lakin düşünüldüyü kimi deyil. Təbiət insana sağlam yaşamaq və uzunömürlü olmaq üçün bütün nemətləri bəxş edib. Əgər insan öz qayğısına qalsa, faydalı məhsullarla qidalansa, onda qocalana qədər gümrah yaşaya bilər.
Ərik, gavalı, şaftalı çəyirdəyi, eləcə də alma tumunun faydaları çoxdan məlumdur. Bəzi iddialara görə, bu meyvələrin tumlarında boya turşusu və onun birləşmələri (sianidlər) olduğu üçün zərərlidir. Bəli, tumların tərkibində sianid həqiqətən var. Məhz sianidə görə onlar acı dad verir. Amma o amiqdalin adlanan maddələrlə bağlı şəkildə olur və onların tərkibinə daxildir.
TİA.AZ publika.az-a istinadənalma tumunun faydaları haqqında maraqlı faktları təqdim edir:
Amiqdalini şərti olaraq 4 yerə bölmək bölmək olar. Bu, əslində sianid, benzaldehid və iki qlükoza molekuludur. İlk iki maddələr şübhəsiz ki, zəhərlidir. Amma sağlam orqanizmdə onlar sağlam toxumalara parçalanmırlar. Onlar orqanizmdən sidiklə birlikdə xaric olur. Əvəzində xərçəng toxumalarında bu tərkib: sianid və benzaldehid dağılır.
Nəticədə zədələnmiş toxumalar bu maddələrin zəhərli təsirinə məruz qalır. Bədxassəli hüceyrələr ölür və şiş içəridən dağılır. Fantastik səslənir, amma bununla belə bu halda qlükoza tələ qurur. Xərçəng toxumaları fermentli qlükozanın hesabına qidalanırlar. Fermentasiya prosesi beta-qlükoza fermentinin təsiri altında keçirilir.
Beta-qlükoza zəhərləyici hüceyrələrə maddələr buraxaraq faktiki olaraq amiqdalini açır. Beləliklə daxili kimyəvi üsulla müalicə tamamilə təbii şəkildə həyata keçir. Amiqdalinin üstünlükləri danılmazdır, onlar sağlam hüceyrələrə ziyan vurmur, eyni zamanda bədxassəli hüceyrələri məhv edir, bununla da orqanizmi təmizləyir.
Bəs niyə dərman şirkətləri amiqdalinin faydalaırnı gizlədir? Yuxarıda dediyimiz kimi, dərman şirkətləri ən çox qazanan sahələr olduğu üçün bu faktı açıqlamaq istəmir.
İnsan sağ olana qədər ən qeyri-real imkanlardan yapışır. Sağalmaq üçün bahalı kapsullar və həblər udmağa, ən ağlasığmaz müalicə kursları keçməyə razı olur.
Yeri gəlmişkən onu da qeyd edək ki, amiqdalini hələ 1952-ci ildə aşkar ediblər. Onda bu maddənin kapsulunu, sonra isə toz halında olan formasını hazırlayıblar. Hər şey laborator testlərdən keçirilib. Amiqdalinin digər adı Laetril və В17-dir.
Preparatın yaradıcısı Ernst Krebb araşdırması nəticəsində müəyyən edib ki, onun xassələri B vitaminləri qrupu ilə çox oxşardır. Həmin vaxt cəmi 16 B vitamini məlum idi, odur ki, amiqdalin 17-ci sıra nömrəsi altında qərarlaşıb.
Heyvanlar üzərində standart laboratoriya yoxlamaları ilə yanaşı, Ernst ictimaiyyəti inandırmaq üçün bu vitamini öz üzərində də sınaqdan keçirib. 1971-ci ildə Sloun-Ketterinq Elmi İnstitununda aparılan testlərdən sonra Laetril preparatına qadağa qoydular.
İndi isə vitaminlə müalicə üsulu qadağan olunmayıb. O, Meksikada istehsal olunur.