Yeni araşdırmalar göstərir ki, qandakı zülalları təhlil edən bir qan testi ümumi xərçəngləri yoxlamaq üçün istifadə edilə bilər. Test 93 faiz dəqiqliklə 18 müxtəlif xərçəng növünü erkən mərhələdə diaqnoz edə bilir.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Mütəxəssislər inkişaf etdirdikləri yeni xərçəng tarama testi ilə insan orqanizmindəki bütün vacib orqanlara təsir edən 18 fərqli xərçəng növünü ilkin mərhələdə 93 faiz dəqiqliklə təsbit edə biləcəklər.
Tədqiqatçılar iddia edirlər ki, yeni test qanda dolaşan şiş DNT-sinə əsaslanan digər testləri üstələyir və hazırda sınaqdan keçirilən testlərdən “çox yüksək həssaslığa” malikdir.
Bəzi elm adamları, tapıntıların “çox ilkin” olduğunu xəbərdar edərək, bu cür testlərin real xəstələrdə istifadə oluna biləcəyinə qərar verməzdən əvvəl daha çox araşdırmaya ehtiyac olduğunu əlavə etdilər.
Testin tərtibatçıları iddia edirlər ki, onlar qan plazmasındakı zülallara baxaraq xərçəng nümunələrini normal nümunələrdən ayıra bilirlər və hətta müxtəlif xərçəng növlərini “yüksək dəqiqliklə” diaqnoz qoya bilirlər.