Massaçusetsdən (ABŞ) olan tədqiqatçılar qrupu onkologiya sahəsində böyük irəliləyiş əldə ediblər. Onlar böyrək xərçənginə qarşı hətta xəstəliyin III və IV mərhələlərində 100% effektivlik göstərən unikal peyvənd hazırlayıblar.
Bu barədə “Dana Farber” Xərçəng İnstitutunun saytında xəbər verilib.
Bildirilir ki, klinik sınaqlarda iştirak edən bütün xəstələr tam sağalıb və artıq 34 aydır ki, onlarda residiv müşahidə olunmur.
Alimlərin sözlərinə görə, yeni peyvəndin effektivliyinin sirri fərdi yanaşmadadır. Preparat hər bir xəstənin şişi əsasında hazırlanır. Peyvənd vurulduqdan sonra orqanizmin güclü immun cavabını işə salır – xərçənglə mübarizə aparan “T-hüceyrələri”nin sayı 166 dəfə artır. Beləliklə, immunitet özü xərçəng hüceyrələrini məhv edir.
Qeyd edək ki, böyrək xərçəngi ən aqressiv və müalicəsi çətin olan onkoloji xəstəliklərdən biridir.
Hazırda preparat geniş beynəlxalq sınaqlardan keçir. Əgər onun effektivliyi təsdiqlənərsə, peyvənd kütləvi istehsala buraxılacaq və bu, onkologiya ilə bağlı vəziyyəti əbədi dəyişəcək.