Xərçəngdən vəfat edən azərbaycanlı aktyorlar (FOTO)

Xərçəngdən vəfat edən azərbaycanlı aktyorlar (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Əməkdar artist Rəşad Bəxtiyarovun onkoloji xəstəlikdən vəfat etdiyi açıqlandı. Dostlarının məlumatına görə Rəşada 6-7 aydır ki, ağciyər xərçəngi diaqnozu qoyulub. Müalicələrə baxmayaraq aktyorun həyatını xilas etmək mümkün olmadı və o vəfat etdi. Bəs görəsən ən ağır xəstəliklərdən biri olan xərçəng başqa hansı azərbaycanlı aktyorların həyatını əlindən alıb?
Tribunainfo.az  BAKU.WS xərçəng xəstəliyindən vəfat edən azərbaycanlı aktyorların adlarını təqdim edir:
Xalq artisti Amaliya Pənahova
Aktrisa gənc həmkarı Rəşad kimi ağciyər xərçəngindən əziyyət çəkib. O 8 noyabr 2018-ci ildə vəfat edib.
Xalq artisti Ramiz Novruz
Uzunmüddətli müalicələrə baxmayaraq Xalq artisti Ramiz Novruzunda həyatını xilas etmək mümkün olmadı. O 20 fevral 2023-cü ildə mədə xərçəngindən vəfat edib.
Xalq artisti Fuad Poladov
Fuad Poladov 5 may 2018-ci il tarixində 69 yaşında prostat xərçəngindən dünyasını dəyişib.
Əməkdar artist Tünzalə Əliyeva
Aktrisa xeyli müalicələr alsa da 22 yanvar 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.
Əməkdar artist Ələsgər Məmmədoğlu
Gülərüz və sevilən aktyor 21 dekabr 2015-ci ildə 69 yaşında qaraciyər xərçəngi səbəbindən dünyasını dəyişib.
Əməkdar artist Xanım Qafarova
Xanım Qafarova 49 yaşında süd vəzi xərçəngindən dünyasını dəyişib. O 11 iyul 2014-cü ildə vəfat edib.