Dabanların və ovuc içində dərinin sərtləşənməsini görməzdən gəlməyin.
Dabanların və ovuc içində dərinin sərtləşənməsini görməzdən gəlməyin.
TİA.AZ xəbər verir ki, yeni tədqiqatda ayaq və ovuc içi dərisinin qalınlaşması ölümcül xərçəng xəstəliyinin əlaməti olduğu ortaya çıxıb.
İnsanlar dabanlarının çatlamasına adətən heç kim fikir vermir. Ancaq bu yaxınlarda Londonda aparılan bir araşdırma göstərib ki, daban dərisinin sərtliyi göründüyündən daha təhlükəli ola bilər. Kraliça Mari Universitetinin alimləri qalınlaşmış daban dərisi ilə qida borusu xərçəngi arasında əlaqə olduğunu irəli sürüb.
Tədqiqatçılar sübut edib ki, qida borusu xərçəngi ovuc içlərində və dabanlarda dərinin sərtləşməsinə yol açır. Bəzi hallarda dəri o qədər qalınlaşır ki, xəstələrin dərisini ülgüclə kəsmək lazım gəlir.
Yemək borusu xərçənginə səbəb olan irhom2 geni, dərinin ən böyük komponenti olan keratini nəzarət altına alaraq ovuc içlərindəki və ayaq altındakı dərinin qalınlaşmasına səbəb olur. Mütəxəssislər bu kəşfin xəstəliyin müalicəsində olduqca faydalı olacağını söyləyib.
Qida borusu xərçəngi əlamətləri:
Udma çətinliyi
Mədə pozğunluğu və mədə yanması
Bir şey yedikdən sonra dərhal hıçqırma
İştaha və sürətli arıqlama
Qarının üst tərəfində, sinədə və ya kürəkdə ağrı və narahatlıq.